AUT.AZ

İki polis həbs edildi

Argentina polisi “Boka Xuniors” – “Ximnasia və Esqrima” komandaları arasında keçirilən oyunda asayişin təmin edilməsinə cavabdeh olan şəxsi saxlayıb.

Aut.az xəbər verir ki, bu qarşılaşma hüquq-mühafizə orqanları əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etməsi səbəbindən, hakimin start fitindən 6 dəqiqə sonra dayandırılmışdı.

Məlumata görə, Xuan Qorbaran “ölümlə nəticələnən qəsdən ziyan vurmaqda” ittiham olunur. Hadisə yerində işləyən idman telekanalının operatoruna rezin güllələrlə atəş açan Fernando Falkon adlı digər polis də saxlanılıb.

Qeyd edək ki, qarşıdurma stadionda kifayət qədər yer olmadığı üçün azarkeşlərin hasarları aşmağa cəhd etməsi zamanı baş verib. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Bir nəfər dünyasını dəyişib, 8 nəfər xəstəxanaya yerləşdirilib.  Buenos-Ayres əyalətinin təhlükəsizlik naziri Serxio Berni polisin hərəkətlərinin düzgün olmadığını etiraf edib.

Aut.az

Exit mobile version