AUT.AZ

Dərdini Kakaya deyirmiş – “Barsa”ya qayıtmaq istəyirmiş

Braziliya yığmasının sabiq futbolçusu Kaka PSJ-in hücumçusu Neymar haqda danışıb.

Aut.az xəbər verir ki, Kaka Neymarın 2019-cu ildə PSJ-də özünü çox pis hiss etdiyini ona etiraf edib. O, həmin vaxt Neymarın “Barsa”ya qayıtmaq istədiyini bildirib:

“Neymarla yaxın dostuq. Sıx əlaqə saxlayırıq. 2019-cu ildə PSJ-də özünü pis hiss etdiyini bilirdim. Dərdini mənə danışırdı, “Barsa”ya qayıtmaq istədiyini deyirdi. Onun azarkeşlərlə problemləri var idi. Amma bu gün xoşbəxtdir. Neymar gələcəyə baxır, onun üçün bu, perspektivli layihədir.

PSJ ildən-ilə güclənir, Çempionlar Liqası kimi vacib bir turnirdə qalib gəlmək üçün komanda işi üzərində işləyirlər. Neymar PSJ və Parisdə xoşbəxtdir”.

Neymar bu mövsüm Liqa 1-də 10 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version