AUT.AZ

ABŞ-da da az məvacib təklif etmirlər – Ronaldoya

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun karyerasını ABŞ-da davam etdirə biləcəyi ilə bağlı məlumat yayılmışdı.

Onunla “İnter Mayami”nin maraqlandığı haqda xəbər vermişdik. Bildirilirdi ki, “İnter Mayami”nin sahibi Devid Bekhem Ronaldo ilə məsələni müzakirə də edib.

Aut.az xəbər verir ki, ABŞ klubunun portuqaliyalı futbolçuya nə qədər məvacib vəd etdiyi də bəlli olub. “Daily Star” iddia edir ki, Ronaldo okeanın o tayına getsə, mövsüm ərzində 34 milyon avro alacaq.

Məlumata görə Ronaldo MY-ni tərk etmək istəyir, amma Avropa klubları ona maraq göstərmirlər.

O, cari mövsümdə bütün turnirlərdə 9 oyun keçirib, 1 qol vurub.

Aut.az  

Exit mobile version