AUT.AZ

Ən erkən qollardan birini vuran futbolçu öldü

Şotlandiyalı futbolçu Qevin Stouks Qlazqoda avtomobil qəzasında dünyasını dəyişib.

Aut.az “Daily Record”a istinadən xəbər verir ki, qəza oktyabrın 8-də səhər saatlarında Tornvud ərazisindəki dairəvi yolda baş verib. Stouks idarəetməni itirib və avtomobili aşıb. Futbolçu yerindəcə dünyasını dəyişib. Qəza nəticəsində 30 yaşlı idmançıdan başqa xəsarət alan olmayıb.

Stouks bir sıra Şotlandiya komandalarında oynayıb. O, tarixin ən erkən qollarından birini vurub. Qarşılaşmanın 2-ci saniyəsində mərkəz xəttin yaxınlığından topu qapıya göndərib.

Aut.az

 

Exit mobile version