AUT.AZ

Yalandır, onunla maraqlanmırlar

“Bavariya”nın baş direktoru Oliver Kan Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemin kluba mümkün transferini şərh edib.

Aut.az xəbər verir ki, Almaniya mətbuatında yayılan məlumata görə, Münhen nəhəngi Bellinqemə ciddi maraq göstərir. Kan isə əksini deyib:

“Əlbəttə, Bellinqem əla oyunçudur. Ancaq bir baxın, görün “Bavariya”da onun mövqeyində kimlər var – Kimmih, Qoretski, Zabitser, Qravenberx. Onlar ola-ola başqa futbolçunun transferinə nə ehtiyac? Biz onunla maraqlanmırıq”.

Almaniya çempionatının cari mövsümündə Bellinqem “Borussiya”nın heyətində 8 oyun keçirib, bir məhsuldar ötürmə edib. İngilis yarımmüdafiəçi “Birmingem”in yetirməsidir və 2020-ci ildən Almaniya klubunda çıxış edir.

Aut.az

Exit mobile version