AUT.AZ

Təsdiqləndi – Gecə klubuna gedibmiş

Belçika millisinin baş məşqçisi Roberto Martines Eden Hazardın Hollandiya millisi ilə UEFA Millətlər Liqası matçından (0:1) əvvəl gecə klubuna baş çəkdiyini təsdiqləyib.

Aut.az xəbər verir ki, amma mütəxəssis deyib ki, həmin gün Edenə düşərgəni tərk etmək üçün icazə verilmişdi:

“Biz oyunçularımıza güvənirik, ona görə də Edenə ailəsi və dostları ilə vaxt keçirməyə icazə verildi. Bütün bunların arxasında aydın bir hekayə var, amma mən bu barədə açıq danışmayacağam. Hər şey komanda daxilində həll olunur. Bunun bir daha təkrarlanmasını istəmirəm, amma hər şeyin bir səbəbi var”.

Bu mövsüm 31 yaşlı belçikalı futbolçu İspaniya çempionatında üç oyunda iştirak edib və fərqlənməyib.

Aut.az

Exit mobile version