AUT.AZ

Sahibi olduğu kluba keçir?

“Barselona”nın müdafiəçisi Jerar Pike karyerasını “Andorr”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Andorra”nın baş məşqçisi Eder Sarabiya bu keçidin perspektivi haqda danışıb. O, Pikeni böyük məmnuniyyətlə komandada görmək istədiklərini bildirib:

“Pike ilə müqavilə? Biz buna gözübağlı razı olarıq. Onu Çempionlar Liqasında və “Malyorka” ilə oyunda gördük. Pike az oynayır, amma hələ bir neçə il də elit müdafiəçilər arasında olacaq”.

Maraqlıdır ki, “Andorra”nın sahibi elə Pikenin özüdür. Onun “Barsa ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Aut.az

Exit mobile version