AUT.AZ

Regekampf “Styaua”ya gedir?

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilmiş “Turan Tovuz”la matçdan (0:0) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, rumıniyalı mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Oyuna çox yaxşı başladıq. Təzyiq yaratmağa çalışdıq. Amma ən yaxşı epizodlardan yararlana bilmədik. Beləliklə, oyunumuzu çətinləşdirdik. Topu ayağımızda çox saxlayırdıq. Oyuna keyfiyyətimizi əlavə edə bilmirdik. Nəticədə matçı rəqib üçün rahatlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi. Hazırda çox danışmalı deyilik. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik”.

Regekampf adının ölkəsinin “Styaua” klubu ilə hallanmasına da toxunub:

“Bu, əslində normal haldır. Xəbəri yazanlar jurnalistlərdir. Nə istəyirlər, onu da yazırlar. Amma məndə bu barədə məlumat yoxdur. Hazırda “Neftçi”dəki işimə köklənmişəm. Adım çox yerdə hallanır. Lakin “Neftçi” ilə müqaviləm var”.

Exit mobile version