AUT.AZ

Qardaşını avqustdan bəri təhdid edirmiş

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba ilə qardaşı Matis Poqba arasındakı qalmaqalla bağlı yeni məlumat yayılıb.

Aut.az xəbər verir ki, Pol Poqbanın vəkili Rafaela Pimenta bildirib ki, Matiasdan yayın sonunda təhdid mesajı alıb

“Avqust ayında Matias mənə təhdid mesajı göndərdi. Tələbə edirdi ki, Polu inandırım, ona lazım olan məbləği ödəsin. Bunu etməyəcəyim halda isə mənim də, qardaşının da karyerasını məhv edəcəyi ilə hədələyirdi”.

Xatırladaq ki, Pol Poqba daha əvvəl adam oğurluğu və qarətlə  bağlı polisə şikayət etmişdi. İddialara görə adam oğurluğu martın 19-da futbolçu Fransa millisi ilə Klerfontendəki məşqdən qayıdarkən baş verib. Silahlı şəxslər yarımmüdafiəçini Şantelu-an-Bridəki mənzillərdən birinə aparıb və telefonu söndürməyə məcbur ediblər.

Daha sonra gülləkeçirməz jiletdə olan iki silahlı şəxs peyda olub və Poqbadan bir neçə il ərzində göstərdikləri xidmətə görə 13 milyon avro, o cümlədən 3 milyon avro nağd pul tələb ediblər.  Poqba bildirib ki, onların arasında qardaşı Matiası tanıyıb.

Aut.az

Exit mobile version