AUT.AZ

 “Özüm də bundan bezəcəkdim”

“Barselona”nın prezidenti Joan Laporta Superliqanın yaradılması ideyasının mənfi tərəfləri ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Laporta Superliqanın sonda hamını bezdirəcəyini bildirib:

“Düşünürəm ki, böyük klublar daim bir-biri ilə oynasalar, bu, yorucu olacaq. Mən özüm də bundan bezəcəkdim. Futbolu sevən hər bir şəxs sonda bundan bezəcəkdi.

Kiçik komandanın böyük klubu məğlub etməsi gözəl və möhtəşəmdir. Yunanıstanın qalib gəldiyi Avropa çempionatını xatırlayın – çox gözəldir. Və ya “Lester” Premyer Liqanı qazananda – bu, xüsusi bir şey idi, bu, futboldur”.

 

Laportanın fikrincə təkmilləşdirilmiş Çempionlar Liqası Superliqanı əvəz edə bilər:

“Liqa haqqında düşünürəm. Yeni formatla bu, şübhəsiz ki, dünyanın ən cəlbedici yarışması olacaq. Çempionlar Liqasını təkmilləşdirməklə buna nail ola bilərik. Ancaq eyni zamanda, milli çempionatları da ağılla dəstəkləmək lazımdır – indi bu, həyati əhəmiyyət kəsb edir”.

Aut.az

Exit mobile version