AUT.AZ

“Neftçi”yə bir şapalaq da “Turan Tovuz” vurdu

Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Aut.az xəbər verir ki, turun ilk oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Cari mövsümdə qələbə üzünə həsrət qalan Şamaxı təmsilçisi paytaxt səfərindən heç olmasa, bir xalla ayrılmağı hədəfləmişdi. Amma “Zirə” bu komandanı xalsız yola salıb.

Bu gün turun daha iki oyunu keçirilib. “Səbail” “Sumqayıt”ı minimal hesabla məğlub edib. Ötən tur “Qarabağ”a məğlub olan “Neftçi”yə daha bir şapalağı “Turan Tovuz” vurub. “Ağ-qaralar” tovuzluların müqavimətini qıra bilməyib, oyun qolsuz bərabərliklə yekunlaşıb.

Turun mərkəzi qarşılaşması olan “Qəbələ” – “Qarabağ” oyunu oktyabrın 9-da keçiriləcək. Turun son matçı Masazırda təşkil olunacaq. Ötən tur “Şamaxı” üzərində çətin qələbə qazanan “Sabah” bu dəfə başqa bölgə təmsilçisi – “Kəpəz”lə qarşılaşacaq.

 

Azərbaycan Premyer Liqası, 9-cu tur

7 oktyabr

 

Zirə – Şamaxı 1:0

Qol: D.Çantakias, 72.

Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

Zirə İdman Kompleksinin stadionu

 

Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman

Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes

Baş məşqçi: Rəşad Sadıqov

 

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov

Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov

Baş məşqçi: Vüqar Əsgərli

 

8 oktyabr

 

Səbail – Sumqayıt 1:0

Qol: T.Manafov, 39.

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev

Hakim-inspektor: Orxan Məmmədov

“ASCO Arena”

 

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 27. Emil Rosenov, 21. Kizito Luvaqa

Baş məşqçi: Mahmud Qurbanov

 

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 12. Todor Todoroski

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 22. Damian Daniçiç

Baş məşqçi: Samir Abasov

 

Neftçi – Turan Tovuz 0:0

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”

 

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 85. Aşqin Abazərov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 2. Mert Çelik, 16. Gilyerme Pato.

Baş məşqçi: Laurentsiu Regekampf.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 9. İmeda Aşortiya, 23. Henri Okebuqvu.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Mənsimov, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.

 

9 oktyabr

 

17:00 Qəbələ – Qarabağ

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Anar Salmanov

Qəbələ şəhər stadionu

19:30 Sabah – Kəpəz

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

“Bank Respublika Arena”

Exit mobile version