AUT.AZ

Messi buna inanmırmış

PSJ-nin hücumçusu Lionel Messi Argentina millisinin 2021-ci ildə Amerika kubokunun finalında Braziliya üzərində qazandığı 1:0 hesablı qələbəsini xatırlayıb.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, o, milli komanda ilə uğur əldə etməyin vacib olduğunu deyib:

“Mən buna inana bilmirdim. O anı necə izah edəcəyimi bilmirəm.

Mənim üçün milli ilə nəsə qazanmaq vacib idi. Hiss edirdim ki, özümü milliyə həsr edə bilməməyimlə, uduzulmuş finallarla yadda qalmamaq üçün bunu etməliyəm”.

Messi qazanılan “qızıl top”ların sayına görə rekordçudur. Argentinalı futbolçu bu mükafatı yeddi dəfə qazanıb.

Exit mobile version