AUT.AZ

Məhkəmədə qalib gəldi – 1 avro alacaq

“Real”lın prezidenti Florentino Peres “El Confidensial” internet qəzetinə qarşı məhkəmədə qalib gəlib.

Aut.az xəbər verir ki, nəşr keçən il Peresin klubun oyunçuları və məşqçiləri haqqında işlətdiyi sərt ifadələri yaymışdı. O, Ronaldonu, Del Boskeni axmaq, Raul və Kasilyası dələduz adlandırmışdı.

Məhkəmənin qərarı ilə şərəf və ləyaqətin müdafiəsi hüququnu pozduğuna görə nəşr Peresə bir avro (prezident tərəfindən tələb olunan simvolik məbləğ) ödəməlidir.

Hakim hesab edib ki, yazılar “tamamilə kontekstdən çıxarılıb” və onlayn qəzet məlumat almaq hüququnu aşıb, amma Peresin şəxsi toxunulmazlıq hüququ pozulmayıb.

Digər tərəfdən, hakim jurnalist Xose Antonio Abellana qarşı iddianın bir hissəsini rədd edib. Vurğulanıb ki, material razılıq olmadan hazırlanmasına baxmayaraq, qaydalara zidd deyil.

Aut.az

 

Exit mobile version