AUT.AZ

Hidayətin rekordu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov Azərbaycan cüdosunda rekorda imza atıb.

Aut.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı karyerasında üçüncü dəfə mundialın mükafatına sahib çıxıb. Bununla o, ölkə cüdo tarixində dünya çempionatlarında ən çox medal qazanan idmançı olub.

Heydərov daha əvvəl 2018 və 2019-cu illərdə keçirilən analoji yarışlarda da fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, həmçinin ikiqat Avropa çempionudur.

Exit mobile version