AUT.AZ

Halandı dayandırmağın yolunu göstərdi

“Milan”ın keçmiş futbolçusu Alessandro Nesta “Mançester Siti”nin hücumçusu Erlinq Halandın qarşısını ala biləcəyini iddia edib.  O qeyd edib ki, karyerası ərzində tez-tez güclü futbolçularla qarşılaşmalı olub. Aut.az xəbər verir ki, keçmiş futbolçu karyerası ərzində ən çətin rəqibin braziliyalı Ronaldo olduğunu vurğulayıb:

“Halandın qarşısını ala bilərdim. Çünki braziliyalı Ronaldoya qarşı oynamışam. Haland çox yaxşıdır, amma Ronaldo xüsusi idi. Messi və Ronaldoya qarşı oynadım, amma braziliyalı Ronaldo mənim üçün həmişə xüsusi oyunçu olub.

Erlinqin qarşısını necə alardım? Mən, sadəcə ona yaxın olmağa çalışardım. Qaçmağa başlayanda onun irəliləməsinə mane olmaq lazımdır. Ona boş sahəni çox versəniz, işiniz bitdi”.

Aut.az

Exit mobile version