AUT.AZ

Gəldiyi bir aydır, peşman olub

“Mançester Yunayted”in futbolçusu Kazemiro cəmisi bir aydır bu klubda olmasına baxmayaraq, artıq peşmandır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Todofichajes” yayıb. 30 yaşlı braziliyalı yarımmüdafiəçi yaxın ətrafı ilə söhbətində “Real”ı tərk etdiyi üçün təəssüfləndiyini bildirib. O deyib ki, zamanı geri qaytara bilsəydi “Real”da qalardı.

Kazemironun bu əhval-ruhiyyəsi oyun praktikasının olmaması ilə bağlıdır. Braziliyalı hesab edir ki, komandanı Erik ten Haq idarə etdiyi müddətdə vəziyyət dəyişməyəcək. Ona görə də ya  icarəyə getməyi, ya da komandanı tərk etməyi düşünür.

Xatırladaq ki, Kazemironun transferi “Mançester Yunayted”ə 70,65 milyon avroya başa gəlib. O, 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb. Yarımmüdafiəçi bir aydan çox müddətdə yeni klubunda cəmi iki dəfə – Avropa Liqasında əsas heyətdə meydana çıxıb – “Real Sosyedad” (0:1), “Omoniya (3:2).

Aut.az

Exit mobile version