AUT.AZ

Daha bir ulduz karyerasını bitirir – Təhqirlərə dözə bilmir

FORT LAUDERDALE, FLORIDA - MAY 12: Gonzalo Higuain #9 of Inter Miami CF reacts against CF Montreal during the second half at DRV PNK Stadium on May 12, 2021 in Fort Lauderdale, Florida. (Photo by Michael Reaves/Getty Images)

“İnter Mayami”nin argentinalı hücumçusu Qonsalo İquain mövsümün sonunda karyerasını bitirəcək.

Aut.az xəbər verir ki, İquain bu qərarı ailəsinə və özünə qarşı yönəlmiş təhqirlərdən bezdiyi üçün verdiyini bildirib:

“Uşaq vaxtı küçədə futbol oynamağım bu oyuna olan sevginin təzahürü idi. Peşəkar karyeraya başlayanda da bu sevgi vardı, məşhur olmaq naminə futbol oynamırdım. Həmişə peşəkar oyunçu olmaq arzusunda olmuşam, amma bunun arxasında nə olduğunu bilmirdim”.

O, çox çətin həyatının olduğunu da vurğulayıb:

“Məni tanımadan haqqımda danışanda, təhqir edəndə, kim olduğumu bilmədən hörmətsizlik edəndə reaksiya verə bilmirəm. Cavab verə bilmədiyiniz zaman sizi təhqir edirlər və ya ailənizə hörmətsizlik göstərirlər.

Cavab verə bilməməkdən yorulmuşam, xüsusən də söhbət ailəmdən gedirsə. Və mən artıq qəti addım atmalı, bütün bu axmaq münasibətə dözməyi dayandırmalıyam”.

34 yaşlı argentinalı karyerası ərzində “River Pleyt”, “Real”, “Mapoli”, “Yuventus”, “Milan”, “Çelsi”də  oynayıb.

Aut.az

 

 

Exit mobile version