AUT.AZ

“Bir az soyuqqanlı olsaydıq…”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilmiş “Neftçi”ylə matçdan (0:0) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, qərb təmsilçisinin çalışdırıcısı futbolçularının əzmkarlığından daha çox danışıb:

“Səfərdə bu komanda ilə oynamaq çətin idi. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq”.

Exit mobile version