AUT.AZ

Zirədə sensasiya olmadı

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Aut.az xəbər verir ki, turun ilk oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Cari mövsümdə qələbə üzünə həsrət qalan Şamaxı təmsilçisi paytaxt səfərindən heç olmasa, bir xalla ayrılmağı hədəfləmişdi. Amma “Zirə” bu komandanı xalsız yola salıb.

Sabah turun daha iki oyunu keçiriləcək. “Səbail” “Sumqayıt”la, “Neftçi” isə “Turan Tovuz”la üz-üzə gələcək.

Turun mərkəzi qarşılaşması olan “Qəbələ” – “Qarabağ” oyunu oktyabrın 9-da keçiriləcək. Avropa Liqasında uğurlu çıxış edən Qurban Qurbanovun komandası Misli Premyer Liqasında da zirvədəki yerini qorumaq üçün mübarizə aparır.

Turun son matçı Masazırda təşkil olunacaq. Ötən tur “Şamaxı” üzərində çətin qələbə qazanan “Sabah” bu dəfə başqa bölgə təmsilçisi ilə – “Kəpəz”lə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası, 9-cu tur
7 oktyabr

Zirə – Şamaxı 1:0
Qol: D.Çantakias, 72.
Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
Zirə İdman Kompleksinin stadionu

Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli

8 oktyabr

17:00 Səbail – Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”

19:30 Neftçi – Turan Tovuz
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”

9 oktyabr

17:00 Qəbələ – Qarabağ
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

19:30 Sabah – Kəpəz
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
“Bank Respublika Arena”

 

Exit mobile version