Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” səfərdə “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edib. Aut.az Fanat.az-a istinadla sözügedən qarşılaşma ilə bağlı Yunanıstan mətbuatında yazılanları təqdim edir:
“Gazetta” nəşri: “Olimpiakos” üçün ən pis gecə idi, xüsusən də ikinci hissə. Buraxılan 3 qoldan heç birinin əvəzini çıxmaq üçün Miçelin planı olmadı. “Qarabağ” daha yaxşı idi və layiqli qələbə qazandı. Miçelin oyuna yanaşması çox pis idi, xüsusən də dəyişiklikləri və ikinci hissədə idarəçiliyi”.
“Supersport FM” saytı: “Olimpiakos” vacib qələbəni evdə oynadığı üçün daha asan əldə edə bilərdi. Miçel bunu “Karaiskakis”də (red. “Olimpiakos”un stadionu) edə bilmirsə, futbola baxışını dəyişməlidir. Rəqib kiminlə oynadığı və necə oynadığını yaxşı bilirdi. Qurban Qurbanovun yaxşı iş gördüyü bilinirdi. Qrup mərhələsini adlayanlardan biri “Qarabağ” olacaq”.
“Qola yaxın olduğumuz zaman azərbaycanlı qapıçı futbolçularımızın arzusunu ürəyində qoydu”.
“Sport24” saytında başlıq: “Qarabağ” bizi ikili sıfırda saxladı”
“Qurbanovun komandasının nə üçün oynadığı bəlli idi. Miçelin nə istədiyi bilinmirdi”.
“İn.gr” saytı: “Olimpiakos” – “Qarabağ” 0:3. Futbol yox idi. Baxmayaraq ki, bu oyun Marselo, Valbuena və çalışdırıcı Miçel üçün əlamətdar idi, onların hər üçü bunu unutmuşdu. Hazırda komandaya və Miçel Qonsalesə əsas məsləhət budur ki, Avropa Liqasını yaddan çıxarıb fikrini ölkə çempionatına yönəltsin”.
“SDNA Gr” saytı: “Rəqibindən 20 dəfə çox gəliri olan komanda dünən özünü ən pis tərəfdən göstərdi. Ölkə futbolunda yeni rekordlar müəyyənləşdirmək istəyən komanda UEFA AL-də pis nəticələrlə yadda qalır. “Qarabağ” layiqli qələbə qazandı. İlk qoldan sonra vəziyyəti dəyişmək üçün kifayət qədər vaxt var idi, amma görünür Azərbaycan komandası qorxunc üzünü sonraya saxlamışdı”.