AUT.AZ

Soyuq tər basıb, yata bilməyib – O məşhur oyundan sonra

Hazırda “Valensiya”da oynayan Edison Kavani PSJ-də çıxış edərkən ÇL-in 1/8 finalında “Barselona”a ilə cavab qarşılaşmasından sonra üzləşdiyi problem haqda danışıb.

Aut.az xəbər verir ki, Kavani “Barsa”nın 6:1 hesablı qələbəsinin ona pis təsir etdiyini bildirib. Futbolçu psixoloqa müraciət etməli olub:

“Həmin qarşılaşmadan sonar ilk işim psixoloqun yanına getmək oldu. “Barsa”nın qələbəsi məni sarsıtmışdı. Elə hadisələr olur ki, nə qədər çalışsan da, səni yükləyir. Etdiklərimiz hamısı cəmisi 5 dəqiqə ərzində yox oldu. Belə durumla barışmaq asan deyildi”.

 

Kavani gecələr yata bilmədiyini də vurğulayıb:

“Bu, idarə oluna bilməyən böyük bir zərbədir. Özümü çox narahat hiss etdim, soyuq tər basdı, yuxuya gedəndə başım gicəlləndi. Yatmağa qorxurdum.

Fikirləşdim: “Başımda problem var?” Psixoloqun yanına getdim və o dedi: “Sənin başına gələnlər, müxtəlif sahələrdə çalışan bir çox insanın başına gəlir”. Mən super qəhrəman olmadığımı başa düşdüm”.

Aut.az

 

Exit mobile version