AUT.AZ

Silahlı basqın – Məşhur futbolçunun evinə

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Marianın evini qarət etmək istəyiblər.

Aut.az xəbər verir ki, oktyabrın 6-da axşam saatlarında silahlı quldurlar argentinalının Turindəki villasına girməyə cəhd ediblər. Di Maria həmin an evdə komanda yoldaşı Duşan Vlahoviçlə birlikdə olub.

Oğrular içəri girməyə çalışsalar da, evdə həyəcan siqnalı işə düşüb. Hücum edənlərdən ikisi qaçıb, biri həbs edilib. Polis araşdırma aparır.

Aut.az

Exit mobile version