AUT.AZ

Rusiyalıdan Premyer Liqa klubunu alır

77 yaşlı amerikalı milyarder Uilyam Foli İngiltərə Premyer Liqasından klub alır.

Aut.az xəbər verir ki, “Veqasın” sahibi “Bornmut”u rusiyalı Demindən 120 milyon funt-sterlinqə alacaq. “The Telegraph” yazır ki, sövdələşmə ilə bağlı rəsmi açıqlama yaxın həftələrdə olacaq. Eyni zamanda, iş adamı dəstək üçün digər sahibkarlara da müraciət etməlidir.

Foli ABŞ sığorta bazarında əsas oyunçu olan “Fidelity National Financial” sığorta şirkətinə rəhbərlik edir. O, 2017-ci ildə yaranan xokkey klubu “Veqas”ın əsas sahibidir.

Rus əsilli britaniyalı biznesmen Maksim Demin 2011-ci ildə “Bornmut”un səhmdarı olub (2013-cü ildən səhmlərin 100%-nin sahibi). Onun son 2 ildə kluba 60 milyon funt-sterlinq sərmayə qoyduğu bildirilir.

“Bornmut” cari mövsümdə 8 turdan sonar 9 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version