AUT.AZ

“Real” hamıdan çox pul təklif edir

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem uğrunda yarışda “Rea” daha şanslıdır.

Aut.az xəbər verir ki, “kral klubu” bu mübarizədə “Çelsi”, “Liverpul” və “Bavariya”nı qabaqlayır. İspaniya nəhəngi gələn yay ona görə 100 milyon avro təklif edəcək.

Bellinqem bu mövsüm “Borussiya”nın  heyətində bütün turnirlərdə 12 oyuna çıxıb, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir və transfer qiyməti 90 milyon avro olaraq qiymətləndirilir.

O, 2020-ci ilin noyabrında İngiltərə millisində debüt etdi və bu günə kimi 17 oyun keçirib.

Aut.az

Exit mobile version