AUT.AZ

Pulqabınızı evdə saxlayın, 100 nəfərin…

“Tottenhem”, “Vest Hem” və İngiltərə yığmasının sabiq hücumçusu Cermeyn Defo qəribə xeyriyyəçiliyi ilə diqqəti cəlb edib.

Aut.az xəbər verir ki, Defo 100 nəfərin saçını  pulsuz kəsdirib. Sabiq hücumçu bunu 40 illik yubileyi şərəfinə  edib. Defo məsələ ilə bağlı sosial şəbəkədə belə deyib:

“Salam uşaqlar, bu, Cermeyndir. Mənim ad günümdür, böyük 4:0! Odur ki, yeni saç kəsdirmək istəyən bütün gənclər, pulqabınızı evdə saxlayın. Yanıma gəlin, ilk 100 nəfərin saç düzümü mənim boynumadır”.

Defo xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 2018-ci ildə o, əsis etdiyi xeyriyyə təşkilatı “Jermain Defoe Fondu”nun  fəaliyyətinə görə Britaniya imperiyasının ordeninə layiq görülüb.

Defo karyerasını 2022-ci ilin martında bitirib. O, Premyer Liqada 162 qol vurub.

Aut.az

 

Exit mobile version