AUT.AZ

Özünü xeyli təriflədi

PSJ-nin futbolçusu Neymar builki performansı haqda danışıb.

Aut.az xəbər verir ki, braziliyalı hücumçu klub televiziyasına açıqlamasında özünün xeyli tərifləyib, yaxşı oyun sərgilədiyini vurğulayıb:

 “Yeni Neymar” adlandırılmağımla razılaşmıram. Sadəcə, indi daha mükəmmələm. Düşünürəm ki, işlər öz yoluna düşüb. Mövsümə çox yaxşı başlayıram. Əvvəlki illərdə sabit deyildim. Bu gün özümü daha mükəmməl oyunçu kimi hiss edirəm, çünki həm müdafiə planında, həm hücumda effektliyəm, qol vururu, qol ötürməsi edirəm. Düşünürəm ki, bu gün əvvəlkindən daha hərtərəfliyəm”.

Neymar cari mövsümdə 13 oyunda 11 dəfə fərqlənib və 9 məhsuldar ötürmə verib.

 

Exit mobile version