AUT.AZ

Ona heç kim maraq göstərmir, qalacaq

Deyəsən, Kriştiano Ronaldoya bir çox klubların maraq göstərdiyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Aut.az xəbər verir ki, Ronaldo yanvarda “Mançester Yunayted”i tərk etməyəcək. Bu barədə məlumat yayan ESPN iddia edir ki, portuqaliyalıya heç bir klub maraq göstərmir.

Belə olacağı təqdirdə, 37 yaşlı futbolçu ən azı mövsümün sonuna qədər Mançesterdə qalacaq. Ronaldo MY-də 2021-ci ildən çıxış edir. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Aut.az.

Exit mobile version