AUT.AZ

Niyə bütün stadion səni söyməlidir? – Getməyi tövsiyə edir

Məşhur rusiyalı mütəxəssis Valeri Qazzayev “Rubin”in baş məşqçisi Leonid Slutskinin durumu haqda danışıb.

Aut.az xəbər verir ki, vaxtilə Rusiya çempionu olmuş “Rubin” hazırda birinci dəstədə autsayderdir. Klub azarkeşləri onun qovulması üçün imza toplayırlar. Qazzayev bildirib ki, məşqçi, stadionun onu söyməsini gözləmədən getməlidir:

“Məşqçi var ki, karyerası yenicə başlayıb, amma məşqçi də var ki, nəticə verməlidir. Məşqçilikdən danışırıqsa, təəssüf ki, durum belədir: nəticə var – düz deyirsən, nəticə yoxdur – səhv edirsən. İşə başlayan istənilən məşqçi başa düşməlidir: nəticə olmasa, komanda yox, məşqçi qovulacaq. Bir nəfəri işdən çıxarmaq bütün komandanı işdən çıxarmaqdan daha asandır”.

Qazzayev deyib ki, belə vəziyyətdə səhvləri etiraf  edib getmək lazımdır:

“Niyə bütün stadion səni söyməlidir? Onlar sən gedənə qədər qışqırmalıdırlar? Bu, reputasiyaya zərbədir. Komanda daxilində heç vaxt düşmən axtarmayın. Əgər belə problemlərin olduğunu düşünürsənsə, onda niyə qalıb işləyirsən?

Komanda birinci yerdə olanda, hansı divizionda yarışmasından asılı olmayaraq, azarkeşlərin əhval-ruhiyyəsi yaxşı olur. “Rubin” çempion olmuş və ənənələri olan komandadır. Klub elitada olmalıdır, amma aşağı dəstədə autsayderdir”.

 

Aut.az

Exit mobile version