AUT.AZ

Müqaviləni ləğv etmək, karyerasını bitirmək istəyir

“Salernita”nanın fransalı yarımmüdafiəçisi Frank Riberi klubu ilə müqaviləni vaxtından əvvəl ləğv etmək və karyerasını bitirmək istəyir.

Aut.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi 2021-ci ildən “Salernitana”da çıxış edir. İtaliya A Seriyasının cari mövsümündə Riberi 2 oyun keçirib, qol vurmayıb. Əvvəlki mövsümdə isə 22 görüşdə 3 məhsuldar ötürmə edib.

Riberi uzun müddət “Bavariya”da çıxış edib (2007-2019), sonra “Fiorentina”ya keçib. 2006-cı ildə Riberi Fransa komandasının heyətində dünya çempionatında gümüş medal qazanıb.

Aut.az

Exit mobile version