AUT.AZ

Mourinyo özbəyi başqa kluba niyə buraxmayıb?

“Roma”nın hücumçusu Eldor Şomurodovun agenti Kahor Muminov müştərisinin Roma klubundakı perspektivin danışıb.

Aut.az xəbər verir ki,  “Roma” yayda Şomurodovu buraxmadı, amma hələ də oynamır. Bu mövsüm A Seriyasında cəmi iki natamam matç keçirib. Nə baş verir?” sualına agent belə cavab verib:

“Eldora “Torino” və “Bolonya”dan ciddi maraq var idi. Onu Türkiyənin bütün aparıcı klubları, səudiyyəlilər axtarırdı. Lakin “Roma” onu saxlamaq qərarına gəldi. Joze Mourinyo, baş direktorla söhbətimiz oldu. Mourinyo mətbuatı izləməməyi məsləhət görüb.

O, Şomurodova başa saldı ki, heç kim onu ​​klubda sıxışdırmır və satmaq istəmir. Məsələn, Asiyadan hansısa ağlasığmaz təklif gəlsə, yalnız onda düşünə bilərlər”.

“Onda onu niyə A seriyasının digər komandalarına icarəyə vermir” sualının cavabı isə belə olub:

“Mourinyo Eldora deyib: “Qulaq as, “Roma”da 5 oyun belə sənin üçün “Bolonya”dakı 10-15 oyundan yaxşıdır”. Mourinyo həmişə deyir ki, Eldor, sənin şansın olacaq. Elə klub rəhbərliyi də ona belə deyib: “Sən bizə lazımsan, dayanmadan çalış”.

Aut.az

Exit mobile version