AUT.AZ

Leo bu işi də əla bacarır, Kriştiano isə…

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib.

Aut.az xəbər verir ki, Karrager onların oyun qurucusu kimi nəyə qadir olduqları haqda fikrini bildirib. O, Messinin bu işin də öhdəsindən gəldiyini vurğulayıb:

“Messi indi meydanda oyun qurucusu kimi fəaliyyət göstərir. O, PSJ-nin oyununu çox yaxşı idarə edir. Leo bu işi də əla bacarır Kriştiano isə buna qadir deyil. Ona görə də Ronaldonu tarixin ən böyük futbolçusu adlandırmaq olmaz”.

 

Exit mobile version