AUT.AZ

İndi də ABŞ variantını ortaya atdılar

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo ilə bağlı xəbərlər səngimək bilmir.

Aut.az xəbər verir ki, bir-birinin ardınca yayılan xəbərlər, əslində elə bir-birinin təkzibidir. Bir məlumatda Ronaldonun MY-ni tərk edəcəyi deyilirsə, digərində vurğulanır ki, ona heç bir klub maraq göstərmir.

İndi də ABŞ variantı ortaya atılıb. MLS-də çıxış edən “İnter Mayami”nin sahibi Devid Bekhem Kriştianonu komandasında görmək istəyir. İddialara görə, Bekhem Ronaldo ilə məsələni müzakirə də edib.

“İnter Mayami” Şərq Konfransında turnir cədvəlində beşinci yerdədir. Komanda pley-offa vəsiqə qazanmaq iddiasındadır.

Aut.az

Exit mobile version