AUT.AZ

Həftədə bir milyon avro məvacib?

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Mançester Siti”də həftədə təxminən 1 milyon avro qazanır.

Aut.az xəbər verir ki, belə iddianı “Daily Mail” yayıb. Nəşrin iddiasına görə futbolçunun performansı ona bütün bonuslardan yararlanmağa imkan verir ki, bu da məvacibi fantastik həddə çatdırır.

Əgər bu həqiqətdirsə, onda Haland Premyer Liqada ən çox məvacib alan futbolçudur.

Müqayisə üçün qeyd edək ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüynenin maaşı təxminən 435 min avrodur. Eyni zamanda “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo həftəlik 557 min avro alır.

Haland “Siti”də artıq bir neçə rekordu qırıb. O, bu mövsüm 12 matçda 19 qol vurub. Aut.az

Exit mobile version