AUT.AZ

Gürcü haqda proqnoz verdi – Belə davam edərsə…

“Spartak”ın sabiq baş məşqçisi Massimo Karrera “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Karera gürcü futbolçunun dünya səviyyəsinə yüksəlmək üçün hər cür potensialının olduğunu bildirib:

“Bilmirəm, Kvaratsxeliya niyə Rusiyada İtaliyada olduğu kimi oynamırdı. Ola bilsin ki, indi daha təcrübəli olub, lazımi motivasiyanı tapıb.

Məncə, Xviça böyük istedaddır. O, belə oynamağa davam edərsə, dünya səviyyəli ulduz ola bilər. Bunun üçün o, bütün lazımi keyfiyyətlərə malikdir. Xviça artıq özünü yüksək səviyyəli oyunçu kimi sübut edib”.

Aut.az

Exit mobile version