AUT.AZ

Elə də hörmətsizlik sayılır, belə də

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Mançester Siti” ilə derbidə Kriştiano Ronaldonu ehtiyatda saxladığı üçün kəskin tənqid olundu. Onun bu addımı portuqal futbolçuya qarşı hörmətsizlik kimi qəbul edildi.

Aut.az xəbər verir ki, Ten Haq Ronaldonu Avropa Liqasında “Omoniya” ilə oyunda start heyətində meydana buraxıb. Ancaq bu qərar da birmənalı qarşılanmayıb. “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz Erik ten Haqı Ronaldoya hörmətsizlikdə ittiham edib:

“Düşünürəm ki, bu qərar “Siti”ilə oyunda ehtiyatda qalmaqdan daha betər hörmətsizlikdir. Ronaldo dünya ulduzudur. Mən demirəm ki, o, 37 yaşında, xüsusən də böyük matçlarda daim əsas heyətdə yer almalıdır. Amma Avropa Liqasında motivasiya tapmaq çətindir. Bunu demək mənə xoş deyil, amma faktdır. Xüsusən də böyük klubların futbolçuları üçün”.

“Mançester Yunayted” səfərdə “Omoniya”ya qalib gəlib – 3:2.

Aut.az

Exit mobile version