AUT.AZ

Daha boş qapıya da qol vura bilmir – Fotolar

Kriştiano Ronaldo futbol tarixində öz yerini tutub. Özü də yüksək yerdə. Amma hər şeyin sonu var. Ronaldo da bunu qəbul etməlidir. Portuqal futbolçu karyerasını vaxtında bitirsə, yaddaşlarda qalib kimi qalacaq. Artıq vaxtdır. Kriştiano indi boş qapıya da qol vura bilmirsə.

Aut.az xəbər verir ki, Avropa Liqasında “Omonia” ilə oyun “Mançester Yunayted” üçün dramatik alındı. “Qırmızı şeytanlar” ilk hissədən sonra məğlub durumda (0:1) olsalar da, ikinci hissədə qələbəni təmin etdilər – 3:2.

Qarşılaşmanın 78-ci dəqiqəsində Diaqo Dalotadan ideal ötürmə alan Ronaldo topu boş qapıdan keçirə bilmədi. Ancaq sonradan bu günahını qismən yudu və qol ötürməsi etdi.

Exit mobile version