AUT.AZ

Azarkeşlərin davranışı prezidenti qəzəbləndirib

“Union”un prezidenti Dirk Zinqler Avropa Liqasında “Malmö” ilə keçirilən oyunda (1:0) baş verən iğtişaşlarla bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, prezident azarkeşlərin davranışından qəzəbləndiyini bildirib:

“Qələbəyə sevindim, çünki bu, idman baxımından layiqincədir. Amma oyun zamanı baş verənlərin hamısını qəbul edə bilmirəm. Bu, məni çox əsəbiləşdirdi, çünki əvvəllər heç vaxt belə hərəkət etməmişik. Amma birdən-birə burada belə oldu. Bu da məni qəzəbləndirdi”.

Qeyd edək ki, 60-cı dəqiqədə Almaniya komandasının azarkeşləri meydançaya və İsveç klubunun azarkeşlərinin üzərinə pirotexniki vasitələr atmağa başlayıblar. Baş hakim oyunu dayandırmaq qərarına gəlib və hər iki komandanın futbolçularını meydandan çıxardıb.

Aut.az

Exit mobile version