AUT.AZ

2 yaşlı oğlu nəfəs ala bilmirmiş  

Argentina çempionatının 23-cü turunda “Boka Xuniors”la “Ximnasiya” və Esqrima” arasında keçirilən oyunda insident yaşanıb.

Aut.az xəbər verir ki, qarşılaşma başlayandan 9 dəqiqə sonra dayandırılıb. Məlumata görə, insidentə səbəb polisin qeyri-adekvat davranışı olub. “Ximnasiya” və Esqrima”nın 31 yaşlı müdafiəçisi Leonardo Morales mətbuata verdiyi açıqlamada belə deyib:

“2 yaşlı oğlum gözyaşardıcı qazdan nəfəs ala bilmirdi. Tribunadakı bütün insanlarda görə narahat olduq. Bu dəlilikdir. Adi bir futbol oyunu az qala böyük bir faciəyə çevrildi, qohumlarımızın ölə biləcəyini hiss etdik”.

Xatırladaq ki, polis azarkeşlərə rezin güllələrlə atəş açıb,  stadionun girişində əllərində bilet olan insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nəticədə bir azarkeş həyatını itirib.

Aut.az

Exit mobile version