AUT.AZ

Türkiyə ordu göndərir

Türkiyə ordusu 2022-ci il dünya çempionatında təhlükəsizliyin təmin edilməsində iştirak edəcək.

Aut.az xəbər verir ki, Türkiyə parlamenti Qətərə əsgər göndərilməsinə razılıq verib. Hakim partiyanın üzvü, Türkiyənin keçmiş müdafiə naziri Fikri İşıkın sözlərinə görə, prosesə 250 əsgər və bir korvet sinifli dəniz gəmisi cəlb olunacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə əsgərləri ABŞ, Fransa, İngiltərə, İtaliya və Pakistandan olan əsgərlərə qoşulacaq. Ərdoğanın sözlərinə görə, bu cür tədbirlərin məqsədi müxtəlif təhdidlərə və xüsusilə terrorizmə qarşı mübarizədir.

Bir müddət əvvəl Türkiyə bildirmişdi ki, turnir zamanı təhlükəsizliyi qorumaq üçün Qətərə 3000 polis göndəriləcək.

Aut.az

Exit mobile version