AUT.AZ

Sosial şəbəkələrdə ən çox hansı futbolçunu təhqir edirlər?

“Sportwettentest” kompaniyası Almaniyada maraqlı araşdırma aparıb.

Aut.az xəbər verir ki, şirkət  son iki il ərzində sosial şəbəkələrdə futbolçulara qarşı 131 min təhqiredici tvitləri təhlil edib. Siyahıda 505 futbolçu yer alıb.

“Bavariya”nın hücumçusu Erik-Maksim Şupo-Motinq digər futbolçulara nisbətən daha çox təhqirə məruz qalıb. Belə yazıların 7,3%-i “Bavariya”nın hücumçusuna ünvanlanıb.

Fanatlar “Ştutqart”ın qapıçısı Florian Mülleri (5,6%) və  “Ayntraxt”ın yarımmüdafiəçisi Marsel Veniqi (5,3%) də tez-tez təhqir edirlər.

Klublar arasında isə ən çox “Hoffenhaym”ın futbolçuları təhqir olunub – 4,6%.

Aut.az

Exit mobile version