AUT.AZ

“Onunla oynamaq şərəfdir”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Çempionlar Liqasında “Makkabi”yə (Hayfa) qalib gəldikləri oyun (3:1) haqqında danışıb.

Aut.az xəbər verir ki, o, komanda yoldaşı Anxel Di Mariaya tərif yağdırıb:

“Biz özümüzü oyuna düzgün hazırlamışdıq. Şadam ki, qalib gəldik, amma daha çox qol vura bilərdim.

Di Maria ilə oynamaq çox xoşdur, bu, əlbəttə ki, şərəfdir. Biz hamımız ondan nələrsə öyrənirik”.

Oktyabrın 11-də “Yuventus” qrup mərhələsinin 4-cü turunun matçında yenidən “Makkabi” ilə qarşılaşacaq.

Aut.az

 

Exit mobile version