Kərim Benzemanın “Real”la müqaviləsində avtomatik yenilənmə bəndi var.
Aut.az xəbər verir ki, müqavilədə göstərilib ki, fransalı “Qızıl top”u qazanacağı təqdirdə anlaşma avtomatik olaraq bir mövsümlük uzadılacaq. Hazırkı müqavilə 2023-cü il iyunun 30-na kimi qüvvədədir.
2022-ci ildə “Qızıl top”un qalibi oktyabrın 17-də Parisdə keçiriləcək tədbirdə elan olunacaq.
34 yaşlı futbolçu bu mövsüm La Liqada 5 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az