AUT.AZ

Müqaviləsində təhlükəli bənd var?

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın müqaviləsində xüsusi bəndin olması ilə bağlı söz-söhbət yayılıb.

Aut.az xəbər verir ki, iddialara görə, həmin bənddə göstərilib ki, “Real”dan təklif gələcəyi təqdirdə, rəhbərlik norveçlini satmalıdır. “Siti”nin baş məşqçisi Xosep Qvardiola bu məlumata münasibət bildirib:

“Erlinqin müqaviləsində “Real”a transferi ilə bağlı konkret bənd yoxdur, bu məlumat doğru deyil. Onun “Mançester Siti”də inanılmaz dərəcədə xoşbəxt olduğunu hiss edirəm”.

Haland “Siti”yə 2022-ci ilin yayında “Borussiya”dan keçib. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb, 19 qol vurub, 3 qol ötürməsi edib.

Aut.az

 

Exit mobile version