AUT.AZ

Messini ötdü

“Yuventus”un argentinalı yarımmüdafiəçisi Anxel Di Mariya Çempionlar Liqasında ən çox məhsuldar ötürmə edən futbolçulardan biridir.

Aut.az xəbər verir ki, argentinalı futbolçu “Makkabi” ilə oyunda (3:1) komandasının vurduğu hər 3 qolun ötürməsini verib. Anxelin ÇL-də verdiyi qol ötürmələrinin sayı 38-ə çatıb.

O, bu göstəricidə PSJ-in futbolçusu Messini ötüb. Leonun hesabında 37 ötürmə var. Rekord göstərici isə Ronaldoya məxsusdur. MY-in hücumçusu yoldaşlarına 42 dəfə qol vurmağa yardımçı olub.

Aut.az

Exit mobile version