AUT.AZ

Messini niyə əvəzləyib?

PSJ-in baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Benfika” ilə matçda Lionel Messini əvəzləyib.

Aut.az xəbər verir ki, mütəxəssis argentinalını meydandan niyə çıxartdığına belə izah verib:

“Messi oyun ərzində çox hərəkət etmişdi, yorulmuşdu. Ondakı yorğunluğu hiss etdiyim üçün Leonu əvəzlədim. Onun yerinə meydana daxil olan futbolçumuz da yaxşı formada idi”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. PSJ-in qolunu isə Messi vurub.

Aut.az

 

Exit mobile version