AUT.AZ

Messidən qəti qərar – Bu, sonuncu olacaq

Qətərdə keçiriləcək dünya çempionatı Lionel Messi üçün sonuncu olacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Leoya istinadən jurnalist Fabritsio Romano yayıb. Argentinalı qəti qərar qəbul etdiyini bildirib:

“Bu dünya çempionatı mənim üçün sonuncudur. Bu, dəqiqdir. Qərar qəbul olunub”.

Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. İddia olunur ki, o, yayda “Barselona”ya qayıdacaq.

Aut.az  

Exit mobile version