AUT.AZ

Messi Zidanı niyə nümunə göstərdi?  

PSJ-nin hücumçusu Lionel Messi karyerasını başa vurduqdan sonra nə işlə məşğul olmaq istədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Leo məşqçi olmaq istəmədiyini etiraf edib. Eyni zamanda bunu istisna da etməyib. Nümunə kimi isə Zinəddin Zidanı göstərib:

“Məşqçi olmaq fikrində deyiləm. Amma Zidan da eyni sözü demişdi, sonra üç dəfə Çempionlar Liqasını qazandı.

Klubun idman direktoru olmaq istəyərdim ki, komanda toplaya bilim, məşqçilərlə birgə işləyim. Amma düzü, hələ də nə istədiyimi dəqiq bilmirəm”.

Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. Onun “Barselona”ya qayıdacağı bildirilir.

Aut.az

Exit mobile version