AUT.AZ

Kontenin köməkçisi öldü

“Tottenhem”in fitnes məşqçisi Campero Ventrone vəfat edib.

Aut.az xəbər verir ki, o, 62 yaşında dünyasının dəyişib. Mətbuatda yayılan məlumatlara görə, mütəxəssis leykozun kəskin formasından əziyyət çəkirmiş.

Ventrone İtaliyada “Juventus”, “Katania”, Çində isə “Tyansu”, “Quançjou” komandalarında şalışıb. O, 2021-ci ildən Antonio Kontenin “Tottenhem”dəki məşqçilər heyətində yer alırdı.

Aut.az

Exit mobile version