AUT.AZ

Kanslerə inanır – Qətərdə şərait yaxşılaşıb

Almaniya yığmasının sabiq futbolçusu Bastian Şvaynştayger dünya çempionatının Qətərdə keçirilməsindən danışıb.

Aut.az xəbər verir ki, Bastian çempionatın başlamasına bir ay qaldığı zaman mundialın Qətərdə keçirilməsinin pis ideya olduğunu müzakirə etməyə ehtiyac olmadığını bildirib:

“Mundiala ev sahibliyi Qətərə veriləndə bunun yaxşı fikir olub-olmadığını şərh edə bilərdiniz. Amma indi çox gecdir, dünya çempionatı mütləq Qətərdə keçiriləcək.

Mən hər şeyin pis olduğunu söyləməyi sevmirəm. Qətərə şans verməliyik. İdmançılar və media diqqəti müəyyən mövzulara cəlb edə bilər, lakin əsas diqqəti öz işlərinə yönəltməlidirlər. Kansler Olaf Şolts Qətərdə şəraitin yaxşılaşdığını deyib. Mən ona inanıram.

Şəxsən mən dünya çempionatını, ən yaxşı komandaların iştirak etdiyi futbol bayramını səbirsizliklə gözləyirəm”.

Aut.az

Exit mobile version