AUT.AZ

FİFA Mahiri cəzalandırdı

FİFA Zaqreb “Dinamo”sunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Aut.az  xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa “Legiya”sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi “Tvitter” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin “Legiay”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu bildirib.

Exit mobile version